FunderMax Exterior Fasad HPL
Fundermax Exterior F-quality laylı plastik fasad panelləri Avstriyanın Fundermax GmbH şirkəti tərəfindən istehsal olunur və HPL materialları sahəsində dünya liderlərindən biri hesab edilir. Material xüsusi kağız növləri və sintetik termoreaktiv qatranlar əsasında hazırlanmış yüksək təzyiqli kompakt laminatdan ibarətdir.
Yüksək təzyiqli istehsal panellərin deformasiyalara, atmosfer təsirlərinə və ultrabənövşəyi şüalara qarşı davamlılığını təmin edir. Material zərbəyə və aşınmaya davamlıdır, aşağı sorbsiya göstəricisinə malikdir, kimyəvi maddələrə və qraffitiyə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir.